Məzmuna keç

İstanbulda silahlı insident: 2 ölü, 2 yaralı var

Türkiyənin İstanbul şəhərində silahlı insident nəticəsində 2 nəfər ölüb. 2 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Kağıthane adlı bölgəsində aralarında ədavət olan iki qrup arasında başlayan mübahisə qısa müddət sonra silahlı insidentə çevrilib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları sövq edilib.

Yaralılar ətrafdakı xəstəxnaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə