Türkiyənin Batman şəhərində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Batmanın Sason rayonunda qeydə alınıb.
Rayon mərkəzinə sərnişin daşıyan mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı mikroavtobusda olan 8 nəfər yaralanıb.
Bölgəyə təcili yardım və jandarma qrupları cəlb edilib.
Yaralılar təcili yardımla Sason Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
