Türkiyənin Diyarbəkir şəhərində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobus qarşı tərəfdən gələn, avtomobillə toqquşub.
Qəzada 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Xilasedicilər avtomobildən 3 nəfərin cəsədini çıxarıb.
Şəbnəm Mehdizadə
