İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda zəlzələnin episentrinin ölkənin şərqindəki Halmahera adasındakı Tobelo bölgəsindən təxminən 149 kilometr şimal-qərbdə olduğu açıqlanıb.
Zəlzələ yerin 35 kilometr dərinliyində qeydə alınıb.
Təbii fəalkət nəticəsində tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
