Məzmuna keç

Türkiyə sərhədini qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb

Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 9 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən şəxslər Ədirnədə tutulub.

Araşdırmalarla saxlanılan şəxslərdən birinin PKK/KCK terror təşkilatının üzvü olduğu məlum olub.