Məzmuna keç

Naxçıvanda göldə batan iki gəncin meyiti tapıldı

Naxçıvanda göldə batan iki gəncin meyiti tapılıb.

E-huquq.az-ın məlumatına görə, Mehrəliyev Əli Şahin oğlu və Zəkəriyayev Fəttah Eyvaz oğlu kirayədə yaşadıqları otaq yoldaşlarına Bazar gölü istirahət kompleksinin ərazisinə gəzmək üçün getmələri barədə məlumat verməklə birlikdə evdən çıxıblar.

Adıçəkilən ərazidə yaşıllıqlara qulluq edən Naxçıvan Yaşıllaşdırma İdarəsinin fəhləsi Abbasov Şəmsəddin Abbas oğlu gölün ətrafındakı dəmir çərçivənin üzərində kişi paltarı olduğunu görərək bu barədə polisə məlumat verib.

Bundan sonra hadisə yerinə gələn NMR-nın FHN-nin Sulardan Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən Ə.Mehrəliyev və F.Zəkəriyayevin meyitləri sudan aşkar edilərək çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu