Məzmuna keç

Lənkəranda yenidən yeraltı təkanlar qeydə alındı –

Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.

Bu barədə e-huquq.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ 4,4 bal gücündə olub. Afterşoklar davam edir

***

19.24

Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

Bu barədə e-huquq.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, bu gün saat 17:23-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.