Məzmuna keç

Abşeronda polis əməliyyat keçirdi, narkotik istifadəçisi saxlanıldı

Abşeronda polis əməliyyat keçirib.

E-huquq.az-ın məlumatına görə, İsmayıl İbrahimov Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin və DİN-in ƏÇPA-nın əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

O, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 1 bükümdə 2,247 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Orxan Rasifoğlu