Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qüdrət Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 20-nə təyin olunub.
Qeyd edək ki, Bərdənin Əyricə kəndində 1968-ci il təvəllüdlü Məmmədov Eldəniz Məmməd oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil 1998-ci il təvəllüdlü Məhərrəmov Qüdrət Fikrət oğlunun idarə etdiyi “Ford Fusion” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü E. Məmmədov, həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Solmaz Əli qızı və qızı 1998-ci il təvəllüdlü Məmmədova Günay Eldəniz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıblar. E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o aldığı xəsarətlərdən dünyasını dəyişib. “Ford Fusion” markalı avtomobilin sürücüsü Q.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
