Məzmuna keç

Gəncə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi cərimələnə bilər

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Birlik barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə