Məzmuna keç

Azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ bölgəsindən təxliyəsi üçün 2 avtobus ayrıldı

Azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ bölgəsindən təxliyəsi üçün 2 avtobus ayrıldı

Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin adları qeyd olunan şəhərlərdən çıxarılması üçün iki avtobus icarəyə götürüb.

E-huquq.az bildirir ki, barədə səfirlikdən məlumat verilib.

Azərbaycana gəlmək üçün avtobusdan istifadə etmək istəyən tələbələrdən aşağıdakı təmsilçilərlə əlaqə saxlamaları xahiş olunur.

Elazığ şəhəri üçün- Nail Babayev (05522541582) və Musa İslamov (05319868676),

Malatya şəhəri üçün- Fuad Həsənov (05373555167) və Əli Musayev (05382055722).

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.