Məzmuna keç

Ölümlə nəticələnən qəza törətmiş sürücünün məhkəməsi başlayır

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Famil Atakişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.

Hakim İbrahim Fəttahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş verib. Belə ki, Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə