Məzmuna keç

Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı yeniyetmə qız itkin düşüb.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Aydan Əsədova yaşadıqları evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırılma və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Orxan Rasifoğlu