Məzmuna keç

Göyçayda 39 yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq ölüb

Ucar sakini Göyçayda ehtiyatsızlıqdan yıxılaraq ölüb.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.

Belə ki, uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkən 1985-ci il təvəllüdlü Beydullayev Rauf yətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşmiş və yerə yıxılaraq ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu