Məzmuna keç

Qəbələdə minik avtomobili yandı

Qəbələ rayonunun Aydınqışlaq kəndində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.