Məzmuna keç

Türkiyədə üçmərtəbəli bina çökdü, yaralılar var –

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.

E-huquq.az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.

Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.

Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil

***

11.18.

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda üçmərtəbəli bina çöküb.

E-huquq.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.

Telekanalın məlumatına görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.

Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir.

Kartaltəpə məhəlləsində baş verən hadisədə dağıntılar altında qalanların olduğu bildirilir.

Axtarış-xilasetmə işləri davam edir.