Məzmuna keç

Metroda qatarların hərəkəti bərpa olundu

Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub.

E-huquq.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülüb:

"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib".