Məzmuna keç

Qubada göldə 12 yaşlı uşağın meyiti tapılıb

Qubada göldə 12 yaşlı uşağın meyiti tapılıb.

E-huquq.az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Ələskərov Yusifin meyitinin Quba rayonu Digah kənd ərazisində yerləşən göldən aşkar olunması barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Digah kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Ələskərov Yusif Elşad oğlu 03 iyun 2024-cü il tarixdə saat 19 radələrində həmin kəndin ərazisində süni göldə çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu