Məzmuna keç

Lənkəranda avtomobil 2 piyadanı vurdu, biri öldü

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb, digərinə isə xəsarət yetirib.

E-huquq.az-ın məlumatına görə, Əhmədov Natiqin idarə etdiyi "Mercedes Benz C240" markalı avtomobil ilə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yolunun kənarında dayanmış piyadalar – Ağayev Məhərrəməli Vidadi oğlu və Hüseynov Elmar Eldar oğlunu vurub.

Nəticədə M.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb, E.Hüseynov isə aldığı xəsarətlərdən xəstəxanasında ölüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Orxan Rasifoğlu