Məzmuna keç

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyada qadını vuraraq öldürüb.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki Əlirzayev Faiqin idarə etdiyi “Tufan” markalı, "M-50" modelli nəqliyyat vasitəsi ilə Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə hərəkətdə olan zaman S.Salayev küçəsi ilə kəsişmədə yolu soldan sağa keçən piyada, şəxsiyyəti naməlum olan qadın cinsli şəxsi vuraraq ehtiyatsızlıqdan ölümünə səbəb olub.

Fakta görə Yasamal RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Orxan Rasifoğlu