Məzmuna keç

Ali Məhkəmənin rəsmi internet səhifəsində yeni “Abunə Ol” funksionallığı yaradıldı

Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsinə abunə olmaqla yeniliklərindən dərhal xəbərdar ola biləcəksiniz.

E-huquq.az xəbər verir ki, abunə olmaq üçün internet səhifəsinin sağ tərəfində yerləşən "Abunə ol" bölməsinə keçid edilməli, açılan pəncərədə elektron poçt ünvanı daxil edilməli və mövzular seçilərək “Qeydə al” düyməsi sıxılmalıdır.

Bu funksionallıq hüquqşünaslar və digər maraqlı şəxslərə Ali Məhkəmənin Plenum qərarları, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadları, vahid məhkəmə təcrübəsini müəyyən edən, dəyişən qərarları və onların xülasələri, məhkəmə qərarlarının press-relizi və digər məlumatları operativ şəkildə əldə etmək imkanı yaradacaq.