Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Daha sonra prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil çıxış üçün vaxt istədiyindən məhkəmə təxirə salınıb.
Məhkəmənin növbəti iclası iyulun 16-na təyin edilib.
Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində tanışı 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir. =Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
