Məzmuna keç

Qəbələdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rafael Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Rafael Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yolun kənarındakı ağaca çırpılması nəticəsində sərnişin Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev isə dünyasını dəyişib Sürücü Rafael Əzizova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə