Məzmuna keç

Əmanətlərin Sığortalanması Fondu məhkəməyə verildi

"Mega Max Group" Məhdud Məsuliyyətli Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə üz tutan şirkət Fonda qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Günay Həşimovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanamayıb.

Şəbnəm Mehdizadə