Məzmuna keç

MTK Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "İnam Bayram -M" Mənzil Tikinti Kooperativi (MTK) quruma qarşı icarə müqaviləsi üzrə iddia qaldırıb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə