Məzmuna keç

“Gəncə Avtomobil Zavodu”na cərimə yazıldı

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, zavod üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə