Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xətayi Tağızadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Xətayi Tağızadə idarə etdiyi avtomobillə yolu keçən 1965-ci il təvəllüdlü Babayeva İlhamə Almas qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
