Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq filial müdiri İdris Məmmədova hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Məmmədova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və o, 1 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Səmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində "Muğanbank" ASC tanınıb. İ.Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
