Məzmuna keç

“Şərur” MTK cərimələnə bilər

"Şərur" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. İş hakim Rufan Mürsəlovun icraatına verilib.

Protokol təsdiq olunarsa, MTK on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə