Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Səbuhi Qürbətov Elnarə Xudu Məmmədov küçəsi ərazisində tanışı, 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
