Məzmuna keç

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Sumqayıtda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 14-də keçiriləcək.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Fikrət Məmmədov atası,1962-ci il təvəllüdlü Hakim Məmmədov və anası, 1965-ci il təvəllüdlü Zərifə Məmmədovanı yaşadıqları evdə qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə