Məzmuna keç

“Bakı Metropoliteni” cərimələnə bilər

"Bakı Metropoliteni" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barədə İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə nəzərə tutulur.

Şəbnəm Mehdizadə