Məzmuna keç

Bakıda şirkətdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Emin Əmirəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Emin Əmirəliyev Bakının Xətai rayonunda şirkətlərdən birinin ötürücü baza stansiyasından 4 ədəd akkumulyator oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə