Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bədəl Mürşüdlünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 3-nə təyin olunub.

Qeyd edək ki, Bədəl Mürşüdlü idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu keçən Ədalət Abbasovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə