Məzmuna keç

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” məhkəməyə verildi

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Atəşgah" Sığorta Şirkəti ASC quruma qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə