Məzmuna keç

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verdi

Xətai Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Kəmaləddin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Həsənovun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasındakı mübahisənin mülki xarakterli olması müəyyən edilib.

Qeyd edək ki, K.Həsənov tanışına qarşı dələduzluq etməkdə təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə