Nərimanov Rayon Məhkəməsində "Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati xəta haqqında iş icraata götürülüb.
E-huquq.az-ın məlumatına görə, cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Bundan narazı qalan "Muğan Bank" ASC-nin İdarə Heyətinin sədri Elmir Həsənov icraata xitam verilməsi üçün apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Şikayətə hakim Habil Məmmədovun sədrliyi ilə fevralın 21-də baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 məbləğində cərimə edilir.
