Məzmuna keç

Londonda Ukrayna ilə bağlı keçiriləcək danışıqlar ləğv edildi

Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında Londonda keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, planlaşdırılan görüşün əvəzində danışıqlar ikitərəfli qaydada Ukrayna və Böyük Britaniyanın diplomatları arasında aparılacaq.

Qeyd edək ki, Vladimir Zelenski Trampın müharibəni bitirmək planının əsas bəndlərindən birini olan Krımın ilhaqının tanınmasını rədd etdikdən sonra ABŞ-nin Dövlət katibi Marko Rubio Londona uçmaqdan imtina edib. Daha sonra Fransa və Almaniyanın xarici işlər nazirləri də oxşar qərarlar qəbul ediblər.

Humay Eminqızı