Bakı Kommersiya Məhkəməsində Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Komitəsinin “SMT İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı borcun ödənilməsi barədə iddia ərizəsinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərardad elan edilib. Qərarada əsasən, verilmiş iddia ərizəsi geri qaytarılıb.
Çünki iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair ərizəyə sübut təqdim edilməyib.
