"Ali Məhkəmə izah edir" adlı yeni layihəyə start verildi - VİDEO


  • 11:05

E-huquq.az hüquqi məlumatların cəmiyyət üçün daha əlçatan və anlaşıqlı olması məqsədilə yeni layihəyə start verir.

Saytda istifadəyə verilən “Ali Məhkəmə izah edir” adlı yeni bölmədə məhkəmə qərarlarının mahiyyəti və hüquqi əhəmiyyəti daha sadə, aydın və anlaşıqlı dildə təqdim olunacaq.

Burada Ali Məhkəmənin Plenum qərarları, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edən qərarlar, eləcə də ictimai maraq doğuran məhkəmə qərarları süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış qısa videoçarxlar vasitəsilə izah ediləcək.

Layihənin əsas məqsədi hüquqi məlumatların geniş auditoriya üçün daha əlçatan olmasını təmin etmək, məhkəmə qərarlarının məzmununu və mahiyyətini mürəkkəb hüquqi terminologiyadan mümkün qədər uzaq, sadə və anlaşıqlı formada çatdırmaq, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin inkişafına töhfə verməkdir.

"WhatsApp" yazışmaları hansı hallarda izlənilə bilər? mövzusunda ilk buraxılışı təqdim edirik:

Oxşar xəbərlər