Yunanıstanda meşə yanğını başlayıb


  • 29 Aprel 16:42

Yunanıstanın Zakintos adasının Agios Leon bölgəsində meşə yanğını baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, adada günorta saatlarında naməlum səbəbdən yanğın baş verib.

Yanğının adanın dağlıq hissəsində yerləşən və 437 nəfərin yaşadığı Agios Leon qəsəbəsində başladığı bildirilir.

Yanğınsöndürənlər qurudan və havadan müdaxilə edib.

Rəsmilər insanlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Yanğının səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər