Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasını təsdiqləyib


  • 29 Aprel 16:57

Macarıstanın parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması ilə bağlı qanun layihəsini təsdiqləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qanunvericilik orqanının internet saytında yayımlanan səsvermə zamanı deputatların üçdə ikisindən çoxu müvafiq sənədin lehinə çıxış edib.

Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, son illər Beynəlxalq Cinayət Məhkəməsi ciddi şəkildə siyasiləşdirilib və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunmağa başlayıb.

"Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq təşkilatlarda yer yoxdur", - deyə nazir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər