İsveçdə şəhərin mərkəzində atışma, ölənlər var


  • 29 Aprel 23:20

İsveçin Uppsala şəhərinin mərkəzində baş verən atışmada 3 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat İsveç polisindən verilib.

Məlumata görə, aprelin 29-u axşam saatlarında Vaksala meydanı yaxınlığında atışma səsləri eşidilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin başvermə şəraitini araşdırır.

Oxşar xəbərlər