- 10:26
İsveçdə gözəllik salonunda silahlı insident baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İsveçin Uppsala şəhərində baş verib.
Atışma zamanı 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hadisəni törədən şəxs motosikletlə ərazidən qaçıb.
İsveç polisi qaçan hücumçunu tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb.
Şəbnəm Mehdizadə