- 10:26
Alimlər son dövrlərdə hər kəsin sevimlisinə çevrilən robot tozsoranı yenidən proqramlaşdırıblar.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin Bath Universitetinin tədqiqatçıları araşdırma aparıb.
Alimlər getdikcə sözügedən məişət texnikasının gündə orta hesabla iki saatdan az istifadə olunduğunu, lakin bəzi dəyişikliklərlə daha uzun müddət işləyə biləcəyini hesab edir.
Belə ki, tədqiqatçı alimlər araşdırmada robotların sadə tənzimləmələrlə yerinə yetirə biləcəyi 100 funksiya müəyyən edib.
Tədqiqatın müəllifi Yoshiaki Şiokava bildirib ki, belə robotlar məhdud, tək vəzifəli cihazlar kimi qəbul edilsə də bu belə deyil.
Qeyd edək ki, robot tozsoran bazarının 2023-cü ildə 10,3 milyard dollar olaraq qiymətləndirilib. 2028-ci ilə qədər bu rəqəmin 24,5 milyard dollara çatacağı gözlənilir.
Şəbnəm Mehdizadə