- 10:26
Yaponiyalı tədqiqatçılar tibbi lisenziya imtahanından uğurla keçə bilən süni intellekt sistemi hazırlayıblar.
E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, hökumətin Milli İnformatika İnstitutunun (NII) rəhbərlik etdiyi tədqiqatçılar “Böyük Dil Modeli” (LLM) sinifli süni intellekt sistemi yaradıblar.
Sistem 700.000-dən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə hazırlanıb.
Tibbi lisenziya imtahanında “uğur həddini keçə” bilən sistem qlobal əsasda hazırlanmış LLM modelləri arasında da ən yüksək nəticə göstərib.
Bildirilib ki, universitetlər, elmi-tədqiqat institutları və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal edilən süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları təklif edə bilər. NII layihəsi çərçivəsində yeni sistemin kliniki müalicəni dəstəkləmək və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə edilməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə