Məzmuna keç

“Çin ilə ədalətli razılaşma əldə edəcəyik”-

"Çin ilə ədalətli razılaşma əldə edəcəyik".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Miçiqan ştatında çıxışı zamanı syləyib.

O, vəzifədə olduğu ilk 100 gün ərzində gördüyü işlərdən danışıb.

Ağ Evin rəhbəri xüsusilə sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı mühüm addımlar atdığını ifadə edib.

"100 gündə Vaşinqtonda demək olar ki, son 100 ildə ən köklü dəyişikliyi etdik", – deyə Tramp qeyd edib.

Tramp, həmçinin 3 ay ərzində həm daxili, həm də xarici siyasətdə mühüm işlər gördüklərini bildirib.

“Çinə tətbiq etdiyim tariflərlə biz dünya tarixinin ən böyük iş oğurluğuna son qoyuruq. Artıq heç bir ölkə ABŞ-dan sui-istifadə edə bilməz", – deyə o əlavə edib.

Şəbnəm Mehdizadə