İstanbulda biznes mərkəzində yanğın: xəsarət alan var


  • 14:16

Türkiyənin İstanbul şəhərində biznes mərkəzində yanğın olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Sancaktəpə səmtində 6 min kvadratmetr sahəsi olan 3 mərtəbəli biznes mərkəzində naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, tibb və polis qrupları göndərilib.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

48 texnikası və 122 canlı qüvvənin cəlb edildiyi yanğın saatlar sonra nəzarətə götürülüb.

Yanğına müdaxilə edərkən yaralanan yanğınsöndürən təcili yardımla xəstəxanaya aparılıb.

Ərazidə soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər