Rumıniya "SpaceX" şirkəti ilə əməkdaşlığa başlayıb


  • 16:24

Rumıniya və Amerikanın "SpaceX" şirkəti yeni peyk texnologiyalarının hazırlanması üçün əməkdaşlığa başlayıb.

E-huquq.az TASS-a a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marsel Çiolaku məlumat verib.

"Mən şadam ki, biz İlon Maska məxsus Amerikanın aparıcı "SpaceX" şirkəti ilə yeni peyk texnologiyalarının hazırlanmasında tərəfdaşıq. Bu tərəfdaşlıq şirkətin Rumıniyadakı sınaqlarının müsbət nəticələrindən sonra yeni mərhələyə qədəm qoyur", - deyə Marsel Çiolaku bildirib.

Baş nazir qey edib ki, Rumıniya və Amerika şirkəti qeyri-geostasionar orbitlərdə fəaliyyət göstərən yeni peyklər də hazırlayacaq.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Rumıniyanın Milli Müdafiə Nazirliyi "SpaceX" ilə birlikdə qeyri-geostasionar orbitlərdə fəaliyyət göstərən peyklərin ilk sınağını keçirib.

Humay Eminqızı

Oxşar xəbərlər