- 17:47
Ukrayna Ali Radasında hərbi vəziyyət dövründə yaşı 60-dan yuxarı olan şəxslər üçün bir illik müqavilə imzalamaq imkanı verən qanun layihəsi qeydə alınıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı və müəllifi olan ukraynalı deputat Roman Kostenko məlumat verib.
Məlumata görə, bu gün Ukrayna parlamentində "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa hərbi xidmətdə olmanın yuxarı yaş həddinə çatmış şəxslərin müqavilə əsasında hərbi xidmət keçməsi ilə bağlı dəyişiklik təklif edən qanun layihəsi qeydə alınıb.
Qeyd edək ki, onun mətni hələ ictimaiyyətə açıqlanmayıb.
R.Kostenko bildirib ki, irəli sürdüyü 13229 saylı qanun layihəsi 60 yaşdan yuxarı vətəndaşlara könüllü olaraq hərbi xidmət müqaviləsi bağlamaq hüququ verəcək.
O qeyd edib ki, yaşı 60-dan yuxarı olan zabitlər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından əlavə icazə almalıdırlar.
Humay Eminqızı